mobil versiya

Parlament partiyalarının 6-sı MSK-ya hesabat verib




Mərkəzi Seçki Komissiyasına (MSK) indiyə qədər 2019-cu il üzrə maliyyə hesabatını təqdim edən parlamentdə təmsil olunan partiyaların adları açıqlanıb.

“Report”un xəbərinə görə, VI çağırış Milli Məclisində təmsil olunan  siyasi partiyadan 6-sı MSK-ya 2019-cu il üzrə maliyyə hesabatını təqdim edib.

Bunlar, Yeni Azərbaycan Partiyası (YAP), Vətəndaş Həmrəyliyi Partiyası (VHP), Böyük Quruluş Partiyası (BQP), Ana Vətən Partiyası (AVP), Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) və Demokratik İslahatlar Partiyasıdır.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) və  Vəhdət Partiyası hələ ki, MSK-ya maliyyə hesabatı təqdim etməyib.

SON XƏBƏR / KARUSEL
Tarix: 19-03-2020, 11:50