mobil versiya

İngiltərədə tarixi səsvermə - Təkbaşına iqtidara gəldilər



İngiltərə keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri məlum olub.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ilkin nəticələrə görə, Mühafizəkarlar Partiyası parlamentdə 368 mandat, ən böyük rəqibi olan Əmək Partiyası isə 191 mandat əldə edib.

Bununla da, Baş nazir Boris Consonun liderliyindəki Mühafizəkarlar Partiyası parlamentdəki səs çoxluğunu əldə etmək üçün olan 326 yerlik baryeri keçib və 2 illik fasilədən sonra təkbaşına iqtidara gəlib.

Məlumata görə, Əmək Partiyasının rəhbəri Ceremi Korbin bu məğlubiyyətdən sonra istefa verəcəyini açıqlayıb.


KARUSEL / DÜNYA
Tarix: 13-12-2019, 12:50