mobil versiya

Dünya liderləri Trampın qeybətini qırdı - VİDEO



Böyük Britaniyanın paytaxtı Londonda NATO-ya üzv dövlətlərin başçılarının zirvə toplantısı işinə başlayıb.

BAKU.WS xəbər verir ki, zirvə toplantısı zamanı liderlərin Donald Tramp barədə dedi-qoduya yol verməsi üzəı çıxıb.

Söhbət Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Boris Conson və Kanadanın hökumət rəhbəri Castin Trüdonun apardığı müzakirədən gedir.

Liderlərin görüşü zamanı müzakirə Boris Consonun, "Niyə bu qədər uzun çəkdi?" sualı ilə başlayıb. Ardınca Castin Trüdo Amerika prezidentini qəsd edərək, "Jurnalistlərlə 40 dəqiqə danışdığı üçün gecikib",-deyə cavab verib.

Videoda, Makronun sözləri tam anlaşılmasa da, Trüdonun Trampın komandasına diqqət çəkərək, "Komandasındakıları görməli idiniz, hamısının ağzı açıq qalmışdı",-deyə vurğulayıb.

Videonun çəkildiyini anlamayan liderlərin Trampın NATO sammitindəki mövqeyini qiymətləndirərkən gülmələri öz əksini tapıb.


KARUSEL / DÜNYA
Tarix: 4-12-2019, 16:11