mobil versiya

Daşınmaz əmlak alanlara verilən ƏDV-nin həcmi açıqlanıb



Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib. Fərmanın icrası ilə bağlı İnternet Vergi İdarəsində müvafiq portal hazırlanıb və 2022-ci ilin noyabr ayından istifadəyə verilib.
APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, vergi orqanlarına vətəndaşlar tərəfindən 6005 müraciət daxil olub, 2001 müraciət üzrə ümumilikdə 5 milyon manatdan artıq vəsait qaytarılıb.
Qeyd edilib ki, müraciətlərin araşdırılması zamanı ƏDV-nin geri qaytarılması üçün çətinlik yaradan bir sıra məsələlər də aşkar edilib. Belə ki, 940 müraciət üzrə bank rekvizitləri səhv göstərildiyindən vəsaitlərin köçürülməsi mümkün olmayıb. Məlumatların dəqiqləşdirilməsi və yenidən müraciət edilməsi vaxt aldığından, belə hallar müraciətlərin icra müddətinin uzadılmasına səbəb olub.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-04-2023, 17:03