mobil versiya

Martda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 42 mindən çox müraciət daxil olub


Mart ayında İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 42 min 331 müraciət daxil olub.
Nazirlikdən bildirilib ki, bunun 36 minə yaxını canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olub. Müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, vergi ödəyicisinin hüquq və vəzifələri, istehlakçı hüquqları, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Qeyd edək ki, vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan birbaşa zəng etmək olar. Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 13-04-2023, 17:39