mobil versiya

Tərtərdə mina partlayıb, 3 nəfər həlak olub



Tərtər rayonunda mina partlayıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, 2023-cü il 28 aprel tarixində Tərtər rayonunun Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
Tank əleyhinə minanın partlayışı nəticəsində RPS Energy Ltd. şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.
Baş Prokurorluqdan verilən məlumata görə, faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Əlavə məlumat veriləcəkdir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 28-04-2023, 21:07