mobil versiya

VAŞİQNTON GÖRÜŞÜ BİTDİ, BLİNKEN BƏYANAT VERDİ – “İrəliləyiş var, lakin...”



“Ermənistan-Azərbaycan danışıqlarında irəliləyiş var, lakin yekun razılığın əldə olunması üçün hələ çox iş görülməlidir”.
“Azpolitika.info” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında keçirilən görüşlərin yeni raundunun yekunlarına dair brifinqdə deyib.
“Mən hər iki həmkarıma minnətdaram və Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülh sazişinin əldə edilməsi, eləcə də iki ölkə arasında münasibətləri inkişaf etdirə biləcək digər mühüm vəzifələr üçün davam edən gərgin işi yüksək qiymətləndirirəm. Bu ikinci görüşdə vaxt ayırdığınız üçün təşəkkür edirəm. Tezliklə açıqlanacaq bəyanatda qeyd edildiyi kimi, saziş ətrafında ümumi məqsədə doğru irəliləyiş əldə edildilib, sazişə bəzi maddələrin daxil edilməsi, habelə digər mühüm məsələlər üzrə anlaşmanın dərinləşməsi və yekun razılığa gəlmək üçün böyük səylər göstərilib” - deyə, Antoni Blinken bildirib.
O,  qeyd edib ki, bir neçə həftədən sonra Avropa İttifaqında (Aİ) tərəflərlə növbəti görüşlər planlaşdırılır.
“Bizim təkcə burada deyil, həm də Aİ-dən olan tərəfdaşlarımızın Prezident Əliyev və Baş nazir Paşinyanla bir sıra görüşləri olub. Bilirik ki, bir neçə həftə ərzində Aİ-də onların iştirakı ilə növbəti görüşlər planlaşdırılır. Qarşıdakı həftələrdə və ya aylarda yekun və ümumi razılığa gəlmək məqsədi ilə müxtəlif məsələlərdə razılığa gəlmək üçün bu görüşlərdə əldə etdiyimiz sürətdən ən yaxşı şəkildə istifadə etmək lazımdır. Ona görə də bu prosesi önümüzdəki həftələrdə davam etdirməyi səbirsizliklə gözləyirik.
Düşünürəm ki, bütün tərəflər də aydın şəkildə dərk edirlər ki, biz razılığa nə qədər yaxınlaşsaq, bəzi hallarda proses bir o qədər çətinləşir, çünki ən çətin məsələlər sonda qalır. Amma şəffaflıq, səmimiyyət mühitinə görə çox minnətdaram. Bu, qarşılıqlı anlaşma və razılığa nail olmağın yeganə yoludur”, - ABŞ dövlət katibi bildirib.
KARUSEL / SİYASƏT
Tarix: 30-06-2023, 12:05