mobil versiya

Şəhriyar Məmmədyarov qələbələri sıralayır


Noyabrın 8-də Buxarestdə “Grand Chess Tour 2019” seriya turnirinin rapid yarışının son 3 turunun oyunları keçirilib.

REPORTYOR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 7-ci turda hollandiyalı Aniş Giri, 8-ci turda amerikalı Fabiano Karuananı məğlub edib. Son turda isə rusiyalı Sergey Karyakinlə heç-heçə edib. Ş.Məmmədyarov yekun nəticəyə görə, 10 xalla ikinci dördüncü yerləri bölüşür. Birinci yerdə 12 xalla ukraynalı şahmatçı Anton Korobov qərarlaşıb.

Noyabrın 9-10-da isə blits turniri keçiriləcək.

Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.
KARUSEL / ÖLKƏ / İDMAN
Baxılıb: 27 Tarix: 9-11-2019, 14:30


Şərh bildir
yenilə, əgər kod görünmürsə