mobil versiya

Bakıda fəhlələr kanalizasiya quyusuna düşərək öldü



Noyabrın 11-i səhər saat 08 radələrində Bakıda iki nəfər çirkab quyusuna düşərək ölüb.

Bu barədə Bakı şəhər prokurorluğundan REPORTYOR.AZ-a məlumat verilib.

Verilən məlumata görə, 1993-cü il təvəllüdlü Cavad İlyaslı və 1974-cü il təvəllüdlü Djamaladin Molayevin paytaxtın Xətai rayonu ərazsində yerləşən “Ağ şəhər”də çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş quyuya düşərək ölmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanmış cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğuna tapşırılıb.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 12-11-2019, 16:00