mobil versiya

İstanbuldakı atışmada bir azərbaycanlı yaralanıb



Türkiyənin İstanbul şəhərindəki kafelərdən birinə silahlı hücum olub, nəticədə bir azərbaycanlı yaralanıb.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, motosikletlə hərəkət edən iki şübhəli kafeyə atəş açıblar. Bundan sonra içəridəki bir qrup şəxs də hücum edənlərə silahlarla cavab verib.
Polisin keçirdiyi əməliyyat nəticəsində 7 şübhəli saxlanılıb. Onlardan 6-nın İsveç vətəndaşı olduğu bildirilib. Onların motosikleti və yaşadıqları ünvana baxış zamanı 3 tapança, tüfəng, narkotik maddə və güllə ələ keçirilib.
Şübhəlilərdən 5-i həbs edilib. Onlardan biri sərbəst buraxılıb, biri isə deportasiya edilib.
Məlumata görə, yaralanan azərbaycanlının həyati təhlükəsi yoxdur.
O, xəstəxanaya yerləşdirilib.

KARUSEL / DÜNYA
Tarix: 15-09-2023, 13:40