mobil versiya

Qanunsuz ov edən şəxs saxlanılıb



Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.
Bildirilib ki, xidmətin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

KARUSEL / HADİSƏ
Tarix: 19-10-2023, 16:17