mobil versiya

Lloyd Ostin İsraildə səfərdədir



ABŞ-nin müdafiə naziri Lloyd Ostin İsrailə səfər edib.
Pentaqon rəhbəri Təl-Əvivdə israilli həmkarı Yolav Qallant ilə görüşüb.
Görüşdə, həmçinin, İsrail generalları və İsrail Müdafiə Nazirliyinin digər rəsmiləri iştirak edir.
Bu, ABŞ müdafiə nazirinin 7 oktyabrdan sonra İsrailə ikinci səfəridir. Ostin səfərində Bayden administrasiyasının İsrailə dəstəyini ifadə etməklə yanaşı, Qəzza zolağında ölüm saylarındakı artımdan narahatlığını da dilə gətirib.
Pentaqon rəhbərinin Qətərə də səfər edəcəyi gözlənilir.

KARUSEL / DÜNYA
Tarix: 18-12-2023, 16:03