mobil versiya

ABŞ prezidenti İsrailə gedir



ABŞ Prezidenti Co Bayden sabah İsrailə gedir.
Bbarədə İsrail KİV-ləri məlumat yayıb.
Baydenin İsrailin Baş naziri Benyamin Netenyahu ilə görüşü gözlənilir.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.
C.Baydendən əvvəl ABŞ-nin dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin də İsrailə səfər edib.
B.Netenyahu daha əvvəl C.Baydeni ölkəsinə səfərə dəvət etmişdi.

KARUSEL / DÜNYA
Tarix: 16-10-2023, 16:14