mobil versiya

XİN zəlzələ ilə bağlı Çinə başsağlığı verib



Azərbaycan Xarici İşlər Nazirliyi zəlzələ ilə bağlı Çinə başsağlığı verib.
Bu barədə nazirliyin Facebook sosial şəbəkə hesabında qeyd edilib.
"Çində baş vermiş dağıdıcı zəlzələnin böyük insan itkisinə və yaralanmasına səbəb olması xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - deyə paylaşımda bildirilib.
Dünən Pekində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 111 yerli sakin həlak olub, daha 230 nəfər yaralanıb.

KARUSEL / SİYASƏT
Tarix: 19-12-2023, 15:13