mobil versiya

Dörd ay ərzində Azərbaycana hava nəqliyyatı ilə 926 min 652 nəfər sərnişin daşınıb




Bu ilin yanvar-aprel aylarında Azərbaycana hava nəqliyyatı ilə 926 min 652 nəfər sərnişin daşınıb.
Dövlət Turizm Agentliyinin hesabatında deyilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,7 % çoxdur.
4 ayda Azərbaycana 263 min 505 sərnişin daşınmaqla Rusiya ilk yeri tutur. Bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 37,6 % artım deməkdir.
Təkcə aprel ayında Azərbaycana 258 min 176 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 46,3 % çoxdur. Apreldə Rusiyadan 71 min 835 sərnişin daşınıb ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 38,7 % çoxdur.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 10-05-2024, 11:58