mobil versiya

“Paris-2024” Yay Olimpiya Oyunlarına start verilib



Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarına start verilib.
Açılış oyunları futbol matçları ilə başlayır. Argentina millisi Mərakeşlə, İspaniya yığması isə Özbəkistanla üz-üzə gələcək.
Bu gün daha iki oyun keçiriləcək. Saat 21:00-da İraq –Ukrayna, saat 23:00-da isə Fransa - ABŞ yığmaları münasibətlərini aydınlaşdıracaqlar.
Qeyd edək ki, Paris Olimpiadasının rəsmi açılış mərasimi iyulun 26-da Sena çayında təşkil ediləcək.
Oyunlara avqustun 11-də bağlanış mərasimi ilə yekun vurulacaq.

KARUSEL / İDMAN
Tarix: 24-07-2024, 17:27