mobil versiya

Türk nazir dağıntılar altından çıxarılan həmyerlimizin problemini yerində həll etdi - VİDEO



Türkiyənin Elazığ vilayətində baş verən güclü zəlzələ zamanı azərbaycanlı Zeynalovlar ailəsi möcüzə nəticəsində sağ qalıb.

BAKU.WS xəbər verir ki, təbii fəlakət zamanı dağıntılar altından xilas edilənlər arasında həmyerlilərimiz də olub.

Arzu Zeynalova və həyat yoldaşı Elşən Zeynalov dağıntılar altından xilasedicilər tərəfindən çıxarılıb.

Ailənin üzvü A.Zeynalovanın fəlakət bölgəsində olan Türkiyənin Daxili İşlər naziri Süleyman Soyluya üzləşdiyi problem barədə müraciəti nazir tərəfindən yerindəcə həllini tapıb.



KARUSEL / DÜNYA / VİDEOXƏBƏR
Tarix: 28-01-2020, 11:30