mobil versiya

Azyaşlı zəlzələdən 5 saat sonra xilas edildi - VİDEO



Dünən gecə Türkiyənin Elazığ vilayətində baş vermis 6.8 bal gücündəki zəlzələ nəticəsində dağılan binanın dağıntıları altından 5 saat sonra 12 yaşlı uşaq xilas edilib.

BakuPost Türkiyə mediasına istinadən xəbər verir ki, azyaşlı yeraltı təkanlar zamanı qapı üzərinə düşdüyündən dağıntılar altında qalıb. Axtarış-xilasetmə tədbirləri çərçivəsində zəlzələdən 5 saat sonra sağ çıxarılıb. Təcili tibbi yardım avtomobili ilə Fırat Universiteti xəstəxanasına aparılıb.

Zəlzələdən 11 saat sonra Gülsüm İnce adlı hamilə qadın da dağıntılar altından xilas edilib.





KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 25-01-2020, 16:00