AQTA çay və qənd məhsulları üzrə aparılan monitorinqlərin nəticəsini açıqlayıb

Reportyor.az xəbər verir ki, bununla əlaqədar keçirilən monitorinqlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən yerli məhsul partiyalarından 21 ədəd qənd və 24 ədəd qara çay nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarına təqdim edilib. Götürülmüş nümunələr qənd məhsulunda kükürd dioksidin (SO2) miqdarı, qara çayda isə maya, kif göbələkləri və salmonellanın təyini üzrə laborator müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticələrinə əsasən, 18 qənd və 24 qara çay məhsulunda hər hansı uyğunsuzluq aşkarlanmayıb. Aşağıdakı cədvəldə qeyd olunan 3 sahibkara məxsus 3 qənd məhsulunda kükürd dioksidin miqdarının normadan artıq olduğu müəyyən edilib.


Uyğunsuzluq aşkarlanan qənd məhsulları və istehsalçıları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
№ | Məhsulun adı | Məhsulun istehsalçısı | Məhsulun partiya/seriya nömrəsi, istehsal və son istifadə tarixi | Aşkar edilmiş uyğunsuzluq |
“Qidam” əmtəə nişanlı qənd | "Elhay" MMC | 20.10.2024-20.10.2025 | Kükürd dioksid | |
"ВАШ УРОЖАЙ" əmtəə nişanlı kəllə qənd | fiziki şəxs Musazadə İsa | 16.11.2024-16.11.2025 | Kükürd dioksid | |
"Özşəkər" əmtəə nişanlı qənd | fiziki şəxs Kərimov Cavid | 16.11.2024-16.11.2025 | Kükürd dioksid |
KARUSEL / İQTİSADİYYAT
Tarix: 14-01-2025, 10:56