Yəməndəki Əl-Qaidənin yüksək rütbəli məmuru partlayış nəticəsində ölüb

Bir sıra yüksək səviyyəli hücumların arxasında duran ekstremist qrupdan verilən açıqlamaya görə, Yəməndə Əl-Qaidənin yüksək rütbəli üzvü bombanın partlaması nəticəsində öldürülüb.
Reportyor.az xəbər verir ki, Əbu Yusif əl-Məhəmmədi əl-Hədrami Husilərin nəzarətində olan paytaxt Sənanın şərqində, Maribdə işlədiyi yerin yaxınlığında partlayıcılarla dolu motosikletin işə düşməsi nəticəsində ölüb.
AQAP-ın (Ərəbistan yarımadasındakı Əl-Qaidə) cümə axşamı yaydığı bəyanatda deyilir: "Vallah, qanınızın boş yerə tökülməsinə imkan verməyəcəyik".
KARUSEL / DÜNYA
Tarix: 7-02-2025, 15:39