mobil versiya

Rusiyanın enerji zərbələrinə moratorium qoyması Putin-ABŞ danışıqlarından asılı olacaq: Kreml




ABŞ-ın vasitəçiliyi ilə həm Rusiya, həm də Ukrayna tərəfindən enerji obyektlərinə zərbələr endirmək üzrə moratoriumun uzadılıb-uzadılmaması barədə qərar prezident Vladimir Putindən və ABŞ-la mümkün danışıqlardan asılı olacaq.

Reportyor.az xəbər verir ki, bunu TASS agentliyi Kremlin sözçüsü Dmitri Peskova istinadla bildirib.

Peskov deyib: “Ukrayna tərəfi moratoriuma əməl etməyib. Ona görə də təbii ki, bu 30 günü təhlil etmək lazımdır".

Peskov əlavə edib ki, moratoriumun təhlil edilib-edilməməsi ilə bağlı ABŞ tərəfi ilə danışıqlar böyük ehtimalla aparılacaq.
KARUSEL / DÜNYA
Tarix: 14-04-2025, 09:06