mobil versiya

ABŞ Ukraynaya müharibə yardımı üçün ödəniş tələblərini yumşaldır




Birləşmiş Ştatlar iki ölkə arasında iqtisadi razılaşmaya dair danışıqlar zamanı Rusiya ilə müharibə zamanı Ukraynanın aldığı yardım üçün pul ödəməsi tələblərini yumşaldır.

Reportyor.az xəbər verir ki, bu barədə Bloomberg News bildirib. 

Məlumatda deyilir ki, keçən həftə Vaşinqtonda keçirilən danışıqlardan sonra prezident Donald Tramp administrasiyası Rusiyanın tammiqyaslı işğalının başlanmasından bəri ABŞ-ın Kiyevə göstərdiyi yardımın dəyərini 300 milyard dollardan təxminən 100 milyard dollara endirib.
KARUSEL / DÜNYA
Tarix: 16-04-2025, 10:16