mobil versiya

İordan çayının qərb sahilində genişmiqyaslı reydlər zamanı onlarla uşaq saxlanılıb




İsrail ordusu çərşənbə günü işğal altındakı İordan çayının qərb sahilində Fələstinin çoxsaylı şəhər və kəndlərində genişmiqyaslı reydlər həyata keçirib.

Reportyor.az xəbər verir ki, Fələstin xəbər agentliyinin (WAFA) məlumatına görə, reydlər Beytləhm, Ramallah, Tulkərm, Hebron və Nablus əyalətlərinin müxtəlif bölgələrində keçirilib.

İşğalçı qüvvələr hərbi nəzarət-buraxılış məntəqələri qurub, bəzi şəhərlərin girişlərində təhlükəsizlik tədbirlərini gücləndirib, evlərə basqın edərək, səhra sorğu-sualları apararkən çoxlu sayda fələstinlini, o cümlədən uşaqların da saxlayıb.

WAFA daha sonra bildirdi ki, saatlarla davam edən basqınlar zamanı işğal qüvvələri bəzi evləri dindirmə və istintaq mərkəzlərinə çevirib.

İordan çayının qərb sahilindəki şəhərlər və kəndlər İsrail işğalçı qüvvələrinin hücumları, basqınları, həbsləri, evlərinin ələ keçirilməsi, vandalizm və əmlakın məhv edilməsi də daxil olmaqla, davam edən hücumları ilə üzləşməkdə davam edir.
KARUSEL / DÜNYA
Tarix: 23-04-2025, 11:47