mobil versiya

Ərdoğan: Türkiyə ilə İtaliya müdafiə sənayesi əməkdaşlığını gücləndirməyə davam edəcək






Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə və İtaliya müdafiə sənayesi sahəsində əməkdaşlığı yeni layihələrlə gücləndirməyə davam edəcəklər.

Reportyor.az xəbər verir ki, bunu Ərdoğan Romada İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşdən sonra deyib: “Əhəmiyyətli irəliləyiş əldə etmiş İtaliya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığımızı yeni tərəfdaşlıqlar və layihələrlə gücləndirməyə davam edəcəyik”.

Meloni ilə birgə mətbuat konfransı keçirən Ərdoğan bildirib ki, liderlər iki ölkə arasında ticarət həcmində yeni illik 40 milyard dollar hədəf təyin ediblər.
KARUSEL / DÜNYA
Tarix: 29-04-2025, 18:05