Şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq

Mayın 27-si gündüzdən 28-i axşamadək bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Reportyor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq məlumatı yayıb.
Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.
KARUSEL / ÖLKƏ
Tarix: 27-05-2025, 10:38