Azərbaycan və Çin vətəndaşlarının vizadan azad edilməsinə dair qanun layihəsi Milli Məclisə daxil olub

Milli Məclisə “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi haqqında qanun layihəsi daxil olub.
Qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ötən gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Komitənin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb və Milli Məclisin plenar iclasına tövsiyə edilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 27-05-2025, 12:04