4 gün ardıcıl istirahət günüdür

6, 7, 8 və 9 iyun tarixləri ardıcıl şəkildə qeyri-iş günü olacaq.
Reportyor.az xəbər verir ki bu tarixlərdən 6 və 7 iyun Qurban bayramına təsadüf edir. 8 iyun isə bazar günü olduğundan istirahət günüdür.
Əmək Məcəlləsinə əsasən, 7 iyun şənbə gününə düşdüyü üçün, həmin günün əvəzində növbəti iş günü olan 9 iyun – bazar ertəsi də qeyri-iş günü kimi müəyyən olunub.
Beləliklə, beşgünlük iş qrafiki ilə çalışanlar üçün 6-dan 9 iyuna qədər olan müddət rəsmi istirahət günləri olacaq. Bu, vətəndaşlara istirahət və ailə ilə daha çox vaxt keçirmək üçün fürsət yaradacaq.
KARUSEL / ÖLKƏ
Tarix: 2-06-2025, 14:24