Şamaxıda zəlzələ olub

İyunun 5-də Şamaxıda zəlzələ baş verib.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,7 olan zəlzələ yerli vaxtla saat 16:02-də qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 7 kilometr olub.
Zəlzələ episentrdə 4 bal, Xızı və Şamaxı rayonlarının yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss edilib.
KARUSEL / ÖLKƏ
Tarix: 5-06-2025, 16:37