mobil versiya

Sudandakı xəstəxanaya hücumda 40-dan çox adam ölüb






Həftə sonu Sudanda xəstəxanaya edilən hücumda 40-dan çox adam, o cümlədən uşaqlar və səhiyyə işçiləri həlak olub.

Reportyor.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qhebreyesus  bildirib.

Şənbə günü Əl Mujlad xəstəxanasına hücum Qərbi Kordofanda, 2023-cü ilin aprelində münaqişə başlayandan bəri bir-biri ilə döyüşən Sudan ordusu ilə yarımhərbiləşdirilmiş Sürətli Dəstək Qüvvələri arasında cəbhə xəttinin yaxınlığında baş verib.

ÜST-nin baş direktoru kimin məsuliyyət daşıdığını söyləmədən səhiyyə infrastrukturuna hücumları dayandırmağa çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatının Sudan ofisi hücumda altı uşaq və beş tibb işçisinin həlak olduğunu bildirib və müəssisəyə böyük ziyan dəydiyini bildirib.

Emergency Lavyers adlı insan haqları qrupu şənbə günü ordunun pilotsuz təyyarəsini xəstəxanaya zərbə endirməkdə günahlandırsa da, bazar günü verdiyi açıqlamada ölənlərin sayının 9 olduğunu bildirib.


KARUSEL / DÜNYA
Tarix: 24-06-2025, 12:54