Azərbaycan neftinin qiyməti bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,09 ABŞ dolları və ya 1,5% artaraq 73,61 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,52 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: 3-07-2025, 09:27