Koreya səfiri Qax və Balakənə səfər edib

Cənubi Koreyanın ölkəmizdəkisəfiri Kanq Kımqu Azərbaycanın kənd təsərrüfatı üzrə ixtisaslaşmış zonalarından biri olan Qax rayonunda yerləşən Ulu Agro şirkətini ziyarət edib.
Görüşdə şirkətin rəhbəri Cahan Məmmədov ilə Koreya kənd təsərrüfatı texnologiyalarının paylaşımı və kənd təsərrüfatı texnikalarının ixracı məsələlərini müzakirə edilib.

Diplomat həmçinin, Azərbaycanın aparıcı qida emalı şirkətlərindən biri olan Balakən rayonunda yerləşən Balxurma şirkətini ziyarət edib, zavod infrastrukturunu yerində görmüş və şirkətin rəhbəri İsfəndiyar İsfəndiyarov ilə Koreya şirkətləri ilə mümkün əməkdaşlıq imkanlarını müzakirə aparıb.
Reportyor.az


KARUSEL / İQTİSADİYYAT
Tarix: 4-07-2025, 12:19