mobil versiya

İran dörd nəfəri öldürən qatilin açıq edamını həyata keçirib




İranın cənubunda dörd nəfəri qətlə yetirməkdə təqsirli bilinən bir kişi çərşənbə axşamı açıq şəkildə edam edilib.

“Fars əyalətinin Beyram şəhərində bir ailənin dörd üzvünün vəhşicəsinə qətlə yetirilməsinin səbəbkarlarından biri çərşənbə axşamı ictimaiyyətin gözü qarşısında asılaraq edam edilib”, – ölkənin məhkəmə sisteminin xəbər portalı Mizan bildirib.

Amnesty İnternational da daxil olmaqla hüquq qruplarına görə, həyata keçirdiyi edamların sayına görə Çindən sonra ikinci olan İranda qətl və zorlama ölümlə cəzalandırılır.

İranda ümumən sübh vaxtı asılaraq açıq edamlar həyata keçirilir.

Mizan xəbər verir ki, təqsirləndirilən şəxs və onun həyat yoldaşı 2024-cü ilin oktyabrında quldurluq zamanı bir ana və üç uşağı öldürüb.

İran mediasına görə, 2025-ci ilin fevralında edam cəzasına məhkum edilmiş cütlük apreldə Ali Məhkəmənin hökmü ilə təsdiqlənib.

Kişinin arvadının edamının tarix göstərilmədən həbsxanada həyata keçiriləcəyini bildirilir.

Reportyor.az




KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:16