İsrail səfiri Fəxri xiyabanı və şəhidlərin məzarını ziyarət edib

İsrail Dövlətinin Azərbaycandakı səfiri Ronen Krausz Fəxri Xiyabanı ziyarət edib.
Bu barədə səfirlik sosial şəbəkə hesabında paylaşım edib.
O, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq, professor Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri qoyub.

Səfir daha sonra Şəhidlər xiyabanında Vətən uğrunda canından keçənlərin xatirəsini ehtiramla yad edib. Səfir həmçinin Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edərək, onun igidliyini və fədakarlığını dərin hörmətlə andı.
Bu səfər İsrail və Azərbaycanı birləşdirən ortaq dəyərlərin – yaddaşın, hörmətin və minnətdarlığın – güclü bir təcəssümüdür.
Reportyor.az


KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 17:52