Hindistanın xarici işlər naziri çinli həmkarı ilə danışıqlarda sərhəd sülhünü vurğulayıb

Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar bazar ertəsi Yeni Dehlidə çinli həmkarı Vanq Yi ilə danışıqlara başlayıb və qonşular arasında yalnız sərhəddə sülhün olması şərti ilə münasibətlərdə müsbət təkan ola biləcəyini vurğulayıb.
Milli təhlükəsizlik müşaviri Şri Ajit Dovalın dəvəti ilə Çin Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və Çinin xarici işlər naziri Vanq Yi iki günlük Hindistana səfərə gəlib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:35