Bu ölkələrdən xırdabuynuzlu heyvanların Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Bolqarıstan Respublikasının Qırcaəli vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Smolyan, Blaqoyevqrad vilayətlərində və Mərakeş Krallığının Fes-Meknes regionunda, Xorvatiya Respublikasının Primorsko-Qoranska, Liçko-Senska, Karlovaçka, Krapinsko-Zaqorska bölgələrində isə blutanq xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə zonalaşma prinsipi nəzərə alınmaqla, adıçəkilən ölkələrin həmin inzibati ərazi vahidlərindən müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: 18-08-2025, 17:03