Gələn ay ardıcıl 4 gün iş olmayacaq

Noyabr ayında ardıcıl 4 gün iş olmayacaq.
Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq.
Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günü olacaq.
Qeyd edək ki, Konstitusiya Günü (12 Noyabr) və Milli Dirçəliş Günü (17 Noyabr) isə iş günü olan bayram günləridir.
Reportyor.az
KARUSEL / ÖLKƏ
Tarix: 1-10-2025, 10:15



























