mobil versiya

Nazir: Son 6 il ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2 dəfə artıb



Son 6 il ərzində qeyri-neft-qaz ixracı 2 dəfə artıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir deyib ki, 2019-2024-cü illərdə qeyri-neft-qaz ixracı 2 dəfə böyüyərək, 3,4 milyard ABŞ dolları olub, ixrac edilən əmtəə sayı 15 faiz artaraq 2810-a çatıb. Neft-qaz qiymətlərinin və hasilatın azalmasına baxmayaraq, 2022-ci ildən bəri ölkənin xarici ticarət dövriyyəsi təqribən 50 milyard ABŞ dolları səviyyəsində sabitləşib. 2022-2024-cü illərdə xarici ticarət balansında isə Dövlət Neft Fondunun qızıl idxalı istisna olmaqla, orta illik hesabla 16 milyard ABŞ dolları məbləğində müsbət saldo olub. Qeyri-neft-qaz xidmətləri ixracı isə 45 faizədək artaraq 6,5 milyard ABŞ dollarını ötüb.
 

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 13:23