mobil versiya

COVID-19 vaksini sonsuzluq yaradır? - RƏSMİ CAVAB



“Koronavirusa qarşı vaksinlərin sonsuzluq yaratmasına dair heç bir sübut yoxdur”.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi ginekoloq cərrah Emin Haqverdiyev nazirliyin sosial şəbəkələrdəki hesablarına daxil olan sualları cavablandırarkən deyib.

COVID-19 peyvəndi sonsuzluğa səbəb ola bilərmi? - sualını cavablandıran həkim bu iddiaların əsassız olduğunu deyib:

“Xeyr, COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna, plasentaya və dölə zərər verdiyinə dair heç bir sübut yoxdur. Hamiləlik üçün çalışan qadınlar COVID-19 peyvəndi ola bilərlər, bəzən əksi iddia edilsə də hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur”.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 26-10-2021, 13:03