mobil versiya

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub




Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucovun nədə təqsirli bilindiyi məlum olub.

REPORTYOR.AZ APA-ya istinadən xəbər verir ki, Bəkir Orucov "Tərtər işi" ilə bağlı təqsirləndirilən şəxs qismində həbs olunub.

O, Cinayət Məcəlləsinin 341.2.3 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini aşma) və digər maddələri üzrə ittiham olunur.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Generalın həbsi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.


MANŞET / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 5-09-2022, 20:00



Şərh bildir
yenilə, əgər kod görünmürsə