mobil versiya

Yasamalın yeni icra başçısı kimdir? - DOSYE



Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilmiş Elşad Həsənov Prezident İlham Əliyev tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

REPORTYOR.AZ Həsənov Elşad Eldar oğlunun dosyesini təqdim edir:

Elşad Həsənov1976-cı il sentyabr ayının 27-də Bakı şəhərində müəllim ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən, o vaxt A.S Puşkin adına olan, hal-hazırda Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun adını daşıyan 23 saylı orta məktəbə daxil olub və 1992-ci ildə həmin məktəbi qızıl medalla bitirib.

1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Elə həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub. 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb. Hüquq sahəsində bir neçə elmi məqalənin müəllifidir.

2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli məclisi 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilib.

İngilis və rus dillərini bilir. Partiya mənsubiyyəti yoxdur.

Ailəlidir. İki övladı var.
MANŞET / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 12-11-2019, 15:30