mobil versiya

Düşmən cəbhədə təxribat törətdi, ordumuz hərəkətə keçdi (RƏSMİ)




Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir. 

Dövlət Sərhəd Xidmətindən REPORTYOR.AZ-a verilən məlumata görə, 03 aprel tarixində saat 04:30-dan başlamaqla Qazax ra­yo­nunun Bala Cəfərli kəndi və kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz Ermənistanın İcevan rayonunun Aygeovit kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.
                                                 
Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 3-04-2020, 12:22