mobil versiya

Akif Çovdarov əfv edildi




Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov əfv edilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyevin aprelin 6-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamında A.Çovdarovun da adı var. 

Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunmuşdu.

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 6-04-2020, 17:37