mobil versiya

Əbülfəs Qarayev işdən çıxarıldı




Azərbaycan Prezidenti İlham Əliyev Əbülfəs Qarayevin vəzifədən azad olunması haqqında sərəncam imzalayıb.

Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Qarayev Əbülfəs Mürsəl oğlu 13 noyabr 1956-ci ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirib. 1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb. 1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib.

1994-2001-ci illərdə Gənclər və İdman naziri, 2001-2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006-2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifələrində çalışıb.

2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib.

MANŞET / SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 21-05-2020, 14:20