mobil versiya

Fuad Abbasov Tovuzda ermənilərlə görüşdü - VİDEOMÜSAHİBƏ




Uzun müddət Rusiyada, indi isə Azərbaycanda jurnalist kimi fəaliyyət göstərən Fuad Abbasov Tovuz rayonunda olub.

O, iyulun 12-dən etibarən cəbhənin Tovuz istiqamətində erməni təxribatları nəticəsində baş verənlərlə bağlı reportaj hazırlayıb. Fuad Abbasov Tovuzda erməni təxribatı nəticəsində ən çox zərər görmüş Ağdam, Dondar Quşçu kəndlərində olub. Yerli sakinlərlə, şəhid ailəsi ilə görüşüb, yaranmış vəziyyətlə bağlı onların fikirlərini öyrənib.

O, Tovuzda yaşayan milliyətcə erməni olan sakinlərlə də görüşüb.

Həmçinin Qaraqaya yüksəkliyi ilə bağlı informasiyalar əldə edən Fuad Abbasov "Yeni Müsavat" qəzetinin Tovuza ezam olunmuş əməkdaşlarına deyib ki, hazırladığı reportajı daha çox rusdilli ictimaiyyətə, Rusiya mətbuatına çatdırmaqda maraqlıdır.

O, Tovuzda gördükləri, müşahidə etdikləri barədə "Yeni Müsavat"a videomüsahibə verib.

REPORTYOR.AZ həmin müsahibəni təqdim edir:











MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / VİDEOXƏBƏR / REDAKTOR SEÇİMİ
Tarix: 24-07-2020, 19:03