mobil versiya

"Google"-un yeni funksiyası ilə işlənmiş avtomobillər siyahıya alınacaq



“SearchLab” tərəfindən paylaşılan məlumata görə, “Google” növbəti yeniləməni sınaqdan keçirir.

İlk olaraq ABŞ-da istifadəyə veriləcək yeniləmə istifadəçilərə “Google” Axtarışdan çıxmadan yaxınlıqda satılan avtomobilləri görməyə imkan verəcək. “Google”-da biznes profili olan dilerlər Avtomobil İdentifikasiya Nömrəsi olan bütün avtomobilləri bu siyahıya əlavə edə biləcəklər.
Bu siyahıya pikap, karvan və motosiklet kimi nəqliyyat vasitələri daxildir. Yəni bu yeniləmə ilə “Google”-da ikinci əl avtomobilləri axtardığınız zaman yaxınlıqdakı dillerlərin satışa çıxardığı avtomobillər siyahıya alınacaq. Seçdiyiniz avtomobilin xüsusiyyətlərini və istifadə şərtlərini "Satılır" bölməsində görə biləcəksiniz. Bu yolla ikinci əl avtomobil alarkən “Google”-un qeyd etdiyi nəqliyyat vasitələrindən yararlana bilərsiniz. Bu yeniləmə ilk olaraq ABŞ-da yayılacaq. (Trend)

MARAQLI / KARUSEL
Tarix: 30-01-2023, 16:19