mobil versiya

"WhatsApp"dan növbəti yenilik



"WhatsApp"-ın yeni funksiyası ortaya çıxıb.
Trend-in məlumatına görə, paylaşılan ekran görüntülərinə görə, “WhatsApp” hisslərini “şəkillər”lə ifadə etməyi sevən istifadəçilərin tez-tez istifadə etdiyi stikerləri daha asan yaratmağı planlaşdırır.
"WhatsApp" tərəfindən "iOS" tətbiqi üçün yayımlanan 23.3.77 Beta versiyasında ortaya çıxan xüsusiyyətə görə, istifadəçilər "WhatsApp" vasitəsi ilə şəkil, video və ya fayl göndərəcəkləri vaxt toxunduqları alətlər panelində "Yeni stiker" seçimini görəcəklər. Bu seçim öz stikerinizi yaratmağa imkan verəcək.
"WaBetaInfo" tərəfindən paylaşılan məlumata görə, funksiya qalereyanızdakı bütün şəkilləri stikerlərə çevirməyə imkan verəcək . "Yeni stiker" seçiminə toxunduqda qalereyanızdan şəkil seçəcək, sonra siz şəklin fonunu silə və ona düzəlişlər edə biləcəksiniz.

MARAQLI / KARUSEL
Tarix: 22-05-2023, 11:16