mobil versiya

Azərbaycan ilə Qəmər Adaları İttifaqı arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub




İyunun 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qəmər Adaları İttifaqının maliyyə, büdcə və bank sektoru naziri Moussa Abderemane ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Qəmər Adaları İttifaqı arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər, xüsusilə beynəlxalq təşkilatlar və platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.


Azərbaycanın beynəlxalq təşkilatlar daxilində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda fəal rolu vurğulanaraq, qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyəti qeyd edilib. Xüsusilə 2027-ci ildə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib.


Tərəflər, həmçinin Cənub-Cənub əməkdaşlığı çərçivəsində inkişaf edən əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər. Azərbaycanın bu platforma daxilində az inkişaf etmiş ölkələr ilə əməkdaşlığın təşviqi istiqamətində səyləri yüksək qiymətləndirilib.

Reportyor.az 




KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 16:14