mobil versiya

XİN-in diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşları təsdiqlənib






Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarının və aylıq vəzifə maaşlarına diplomatik rütbəyə və təmsilçiliyə görə əlavə haqqın məbləğləri təsdiq olunub.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanın mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının əməyinin ödəniş pillələri üzrə aylıq vəzifə maaşlarının məbləği

Diplomatik vəzifənin adıÖdəniş pillələri
IIIIIIIVVVIVII
Xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi8245845086608865907092759485
İdarə rəisinin müavini6635680569707135730074657635
Müşavir6175633064856635679069457100
Şöbə müdiri4970509552205340546555905715
Birinci katib4625474048554970508552005315
İkinci katib4300441045154625473048404945
Üçüncü katib4000410042004300440045004600
Attaşe3720381539104000409541854280

Qeyd: Xarici işlər nazirinin və onun müavinlərinin diplomatik vəzifələri üzrə aylıq vəzifə maaşlarının məbləği “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 625 nömrəli Fərmanı ilə müəyyən edilir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına diplomatik rütbəyə görə əlavə haqqın məbləği

Diplomatik rütbənin adıAylıq vəzifə maaşlarına diplomatik rütbəyə görə əlavə haqq
(manatla)
Fövqəladə və səlahiyyətli səfir550
Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi500
İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi450
Birinci dərəcəli müşavir400
İkinci dərəcəli müşavir350
Birinci dərəcəli birinci katib300
İkinci dərəcəli birinci katib275
Birinci dərəcəli ikinci katib260
İkinci dərəcəli ikinci katib250
Üçüncü katib225
Attaşe200

Qeyd:
  1. Diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına diplomatik rütbəyə görə əlavə haqqın verilməsi dövlət büdcəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (bundan sonra – Nazirlik) saxlanılması xərclərində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. Bu məqsədlə hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Nazirlik üzrə baza aylıq vəzifə maaşlarının (birinci ödəniş pilləsi) 0,8 misli həcmində vəsait Nazirliyin saxlanılması xərclərinin tərkibinə daxil edilir.
  2. Aylıq vəzifə maaşına diplomatik rütbəyə görə əlavə haqq, diplomatik xidmət əməkdaşına diplomatik rütbənin verildiyi aydan sonrakı ayın 1-dən başlayaraq, hər ay vəzifə maaşı ilə birlikdə ödənilir.
  3. Diplomatik xidmət əməkdaşının diplomatik rütbəsi artırıldıqda əvvəlki diplomatik rütbəyə görə əlavə haqqın verilməsi növbəti ayın 1-dən dayandırılır.
  4. Diplomatik xidmət əməkdaşının əvvəlki diplomatik rütbəsi bərpa olunduqda, həmin diplomatik rütbəyə görə aylıq vəzifə maaşına əlavə haqqın verilməsi növbəti ayın 1-dən başlayaraq həyata keçirilir.
  5. Diplomatik xidmət əməkdaşının diplomatik rütbəsi aşağı salındıqda, əvvəlki diplomatik rütbəyə görə aylıq vəzifə maaşına əlavə haqqın verilməsi dərhal dayandırılır.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına təmsilçiliyə görə əlavə haqqın məbləği

Diplomatik vəzifənin adıAylıq vəzifə maaşlarına təmsilçiliyə görə əlavə haqq
(manatla)
Xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi400
İdarə rəisinin müavini330
Müşavir310
Şöbə müdiri250
Birinci katib230
İkinci katib220
Üçüncü katib200
Attaşe180

Qeyd:
  1. Diplomatik xidmət əməkdaşlarının (xarici işlər naziri və onun müavinləri istisna olmaqla) aylıq vəzifə maaşlarına təmsilçiliyə görə əlavə haqqın verilməsi dövlət büdcəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin saxlanılması xərclərində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
  2. Aylıq vəzifə maaşına təmsilçiliyə görə əlavə haqq, diplomatik xidmət əməkdaşına diplomatik rütbənin ilk dəfə verildiyi aydan sonrakı ayın 1-dən başlayaraq, hər ay vəzifə maaşı ilə birlikdə ödənilir.

Reportyor.az 





KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 15:22