Bu gecə Venera Yupiterə qovuşur

Bu gün və sabah axşam səmasında gözəl bir görüş baş verəcək: Venera və Yupiter bir-birinə çox yaxın görünəcək.
Əslində bu iki planet arasında yüz milyonlarla kilometr məsafə olsa da, Yer kürəsindən baxdıqda sanki yan-yana dayanmış kimi görünəcəklər.
Bu nadir mənzərəni gün batımından sonra qərb üfüqü istiqamətində müşahidə etmək mümkün olacaq. Aydın hava şəraitində onlar səmanın ən parlaq obyektləri arasında seçiləcək və teleskopsuz da görünəcəklər.
Göy üzünü izləməyi sevənlər üçün qaçırılmaması lazım olan maraqlı bir səma hadisəsidir.
Reportyor.az
MARAQLI / KARUSEL
Tarix: Bu gün, 17:23


























