mobil versiya

Bu gün ABŞ-ın kosmik aparatı Ayın səthinə enəcək



Fevralın 15-də Floridada yerləşən Kanaveral burnundaki Kennedi Kosmik Mərkəzindən buraxılan və ABŞ-ın Hyuston şəhərində yerləşən “Intuitive Machines” aerokosmik şirkəti tərəfindən inşa edilən Aya eniş aparatı Yerin təbii peykinin orbitinə daxil olub və bu gün onun səthinə enməyə cəhd edəcək.

Şirkətin açıqlamasına görə, “Odysseus” adlı altıayaqlı “Nova-C” robot eniş aparatı əsas raket itələyicisini təxminən yeddi dəqiqə ərzində orbitə daxiletmə manevri ilə vurduqdan sonra Ayın səthindən 92 kilometr hündürlükdə dairəvi orbitə daxil olub. Bu gün onun əsas mühərrikindən növbəti partlayışla son enişə başlaması gözlənilir və uçuş planına əsasən, lunoxod cümə axşamı gecə saatlarında Ayın cənub qütbünün yaxınlığındakı “Malapert A” kraterində olacaq.

Bu eniş aparatı NASA və bir neçə kommersiya müştəriləri üçün qütb eniş yerində Günəşin qürubundan əvvəl yeddi gün işləmək üçün nəzərdə tutulmuş bir sıra elmi alətlər və texnologiya nümunələrini daşıyır. İstehsalçı şirkət bildirib ki, “Odysseus "əla texniki vəziyyətdədir" və Yerdən təqribən 384.000 kilometr məsafədədir. Hyustondakı missiya nəzarətçiləri Ayın orbiti boyunca kosmik aparatdan gələn uçuş məlumatlarını izləyəcək və planetimizin təbii peykinin şəkillərini təhlil edəcəklər.

IM-1 missiyası NASA-nın bu onilliyin sonunda astronavtların Aya qayıtmasını planlaşdırdığı vaxtdan əvvəl Yerin təbii peykində atmosfer haqqında məlumat toplamaq üçün nəzərdə tutulmuş 6 faydalı yük daşıyır.
MARAQLI / KARUSEL
Tarix: 22-02-2024, 13:43